Bu ilin mayında Moskva vilayətinin Likino-Dulevo şəhərində miqrant və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə faciə baş verib. 19 may 2024-cü il tarixində 45 yaşlı əcnəbi vətəndaş sərxoş halda yerli polis tərəfindən asayişi pozduğuna görə saxlanılıb. Həbs edildikdən sonra onu Dubrovo və Zaqryajskaya kəndləri arasında yerləşən meşə sahəsinə aparıblar.
“Mash” Telegram kanalının verdiyi məlumata görə, polis saxlanılan şəxsi sonrakı proseslər üçün müvafiq yerə aparmaq əvəzinə, “bir az hava almaq üçün” onu meşədə buraxmağa qərar verib. Görünür, miqrantı geri götürməyi unudublar və o, meşədə tək başına qalıb. Çətin şəraitdə və dolanışıqsız qalan kişi evinə yol tapa bilməyib və dünyasını dəyişib.
Bundan sonra Özbəkistan vətəndaşının yaxınları onun barəsində axtarış elan ediblər. Onun qalıqları yalnız sentyabr ayında tapılıb - heyvanlar tərəfindən yeyildiyi bildirilir.
Zərərçəkmişi sonuncu görən kiçik leytenant və baş serjant saxlanılıb. Polis əməkdaşları işdən çıxarılıb və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə məhkəmə qarşısına çıxarılacaqlar.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































