Şamaxı rayonunda palçıq vulkanı püskürür.
Mediainfo.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.
Kənd sakini Adəm Yusifov APA-ya bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb: "Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü".
Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 20-30 mert aralıda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































