Erməni deputat iclas zamanı erotik şəkillərə baxır

Erməni deputat iclas zamanı erotik şəkillərə baxır

Deputatın parlament iclasında nəinki çıxışları dinləmədiyi, üstəlik, erotik fotolara baxdığı bəlli oldu.

Söhbət Ermənistan Xalq Məclisinin üzvü Artaşes Qeqamyandan gedir. Bu, Ermənistan agentliklərindən birinin dərc etdiyi fotodan bəlli olub. Erməni parlamentinin başlanmış sessiyasının ilk iclasında Ermənistan Respublika Partiyası fraksiyasının üzvü, "Milli birlik" partiyasının lideri olan deputat A.Qeqamyan qarşısındakı kompüterdə Anatoli Sobçak, Alen Delon haqda materiallarla yanaşı, tanınmış rus balerinası Anastasiya Voloçkovanın yeni yarımçılpaq şəkillərinə də baxıb...

Xatırladaq ki, sözügedən erməni siyasətçi 2014-cü ilin iyununda Azərbaycan paytaxtında olub. Artaşes Qeqamyan ATƏT Parlament Assambleyasının Bakıda keçirilmiş iyirmi üçüncü illik sessiyası çərçivəsində qurumun siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasında həyasızcasına Dağlıq Qarabağın "müstəqil dövlət" və İrəvanın Ermənistanın "tarixi torpağı" olması ilə bağlı əsassız iddialarla çıxış etmiş, Milli Məclis sədrinin müavini Bahar Muradova isə erməni deputatın bu əsassız iddilarına tutarlı cavab vermişdi...Moderator.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az