Bakının Nəsimi rayonunda iri ağac qırılaraq 2 avtomobilin üzərinə düşüb.
Mediainfo.az xəbər verir ki, “Hyundai” markalı avtomobil binanın qarşısında hərəkətsiz vəziyyətdə, digər “KİA” markalı avtomobil isə hərəkətdə olarkən ciddi ziyana məruz qalıb.
Hərəkətdə olan, şəhər sakini İradə İbrahimovaya məxsus avtomobildə azyaşlı da olub.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadasının əməkdaşları gəlsə də, xəsarət alan olmayıb.
Hazırda əraziyə Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları cəlb edilib. Kökündən çıxaraq yerə düşən ağac hissələrə doğranaraq ərazidən uzaqlaşdırılıb.
Qəzaya uğrayan avtomobil evakuator vasitəsilə müvəqqəti dayanacağa aparılıb.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı

























































