Bərdədə güclü yanğın hadisəsi başlayıb. Hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.
Mediainfo.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib.
Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.




Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































