Rusiyanın Stavropol diyarında Gürcüstandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşub.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə Jeleznovodsk şəhərinin İnozemtsevo qəsəbəsi ərazisində baş verib.
Regional Dövlət Yol Müfəttişliyinin məlumatına görə, “Setra” markalı avtobusun sürücüsü sürət həddini aşıb və qarşıdakı KAMAZ yük maşını ilə lazımi məsafəni saxlaya bilməyib. Toqquşmadan sonra avtobus yoldan çıxaraq xəndəyə düşüb.
Qəza nəticəsində 5 nəfər hadisə yerində ölüb, 38 nəfər yaralanıb. Yaralılardan beşi uşaqdır.
Yaralılar Pyatiqorskdakı xəstəxanalara aparılıb.
***
Bakıdan Gürcüstana qatarla gedən, daha sonra avtobusla Moskva istiqamətində yola davam edən azərbaycanlılar Rusiyanın Stavropol diyarında ağır qəzaya düşüblər.
Teleqraf-ın məlumatına görə, bu barədə Stavropol diyarı üzrə Azərbaycan icmasının rəhbəri Fəxrəddin Yarıyev bildirib.
O deyib ki, avtobusda 50-dən çox Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 6 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı ölən və yaralananların Azərbaycandan Moskvaya səfər etdikləri bildirilir.
Azərbaycanpolisi.az
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi























































