Aparıcı oyunçularını komandada saxlaya bilməyən "Qarabağ" "Tvente"yə biabırçı şəkildə böyük hesabla məğlub oldu

Aparıcı oyunçularını komandada saxlaya bilməyən "Qarabağ" "Tvente"yə biabırçı şəkildə böyük hesabla məğlub oldu

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Azərbaycanın "Qarabağ" komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Niderlandın "FC Twente" komandasını qəbul edib. Birinci hissədə meydanda demək olar bərabər səviyyədə mübarizə gedib. Hər iki tərəfin səylərinə baxmayaraq birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissədə meydanda daha fəal görünən "Qarabağ" 59-cu dəqiqədə Kadi Borgesin vurduğu qolla hesabı açıb və iki görüşün nəticələrinə görə 2-0 hesabı ilə irəli çıxıb. Bundan sonra komandamızın arxayınlaşmasından istifadə edən qonaqlar müdafiəçilərimizin bir neçə kobud səhvindən sonra 80-ci dəqiqədə Marko Pjacanın qapımıza vurduğu qolla hesabı bərabərləşdiriblər. Əsas vaxta əlavə edilmiş vaxtın 90+2-ci dəqiqəsində "Twente"nin oyunçusu Maks Bruins yenə də müdafiəçilərimizin kobud səhvindən istifadə edərək ikincu topu qapımızdan keçirərək ümumu hesabı bərabərləşdirib: 2-2. Qalibi müəyyən etmək üçün edilən əlavə vaxtın 94-cü dəqiqəsində Vout Veqhorst, 115-ci dəqiqəsində isə Yunes Taha qapımıza daha iki qol vuraraq hesabı 4-1 ediblər. Beləliklə öz meydanında "Tvente"yə biabırçı şəkildə məğlub olan "Qarabağ" Uefa Konfrans liqasında mübarizəni dayandırıb.

Bununla da ardıcıl 12 mövsüm Avropa Kuboku mərhələsinə vəsiqə qazanan "Qarabağ" əsas yarışların birindən kənarda qalıb. Əlbəttə, "Qarabağ"ın məğlubiyyətində aparıcı oyunçularını itirməsi və onların digər komandaların "yeminə" çevrilməsinin qarşısını almaması əsas rol oynadı. Hazırki "Qarabağ"ın müdafiə xətti olduqca zəifdir. Medinanın gedişindən sonra müdafiə xətti olduqca zəif təsir bağışlayır və rəqib komandanın istənilən hücumu "Qarabağ"ın qapısı ağzında qol vəziyyətinin yaranmasına səbəb olur. Eyni sözləri hücum xətti haqqında da demək olar. Kamilo Duranın və Patrik Andradenin gedişindən sonra hücum xəttimizdə qol vura biləcək hücumçu demək olar yoxdur. Yeni alınan oyunçular isə "Qarabağ"a xas olan əzmkarlıq nümayiş etdirə bimirlər və bunun üçün onlara vaxt lazımdır. Hər halda komandanın aparıcı oyunçularının transferinə mane olmamaqla, onlara digər komandaların təklif etdiyi yüksək məblədən çox pul təklif edərək komandada saxlamamqla "Qarabağ" rəhbərliyi səhvə yol verdi. Bunun da acı nəticəsini "Tvente" ilə görüşdə bir daha aydın şəkildə gördük. Zənnimizcə gedən oyunçunun yerinə onun səviyyəsində olan oyunçu tapmadan transferə razılıq verməklə xoşagəlməz səhvə yol verilib...

Düzdür komandamız yeni oyunçular transfer edib. Bununla belə inanmaq çətindir ki, indiki heyətlə "Qarabağ" ölkə çempionluğunu nəinki geri qaytara bilsin, hətta ikinci və üçüncü yerləri belə əldən versin. İstənilən halda doğma "Qarabağ"ımıza uğurlar arzulayırıq və inanırıq ki, komandamız yenidən gözəl oyunları ilə azarkeşlərini sevindirə biləcək.

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.28

2026.08.27

2026.08.26

2026.08.25

2026.08.24

2026.08.23

2026.08.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az