Türkiyədə daha bir fenomen cütlük Tayyar Öz və Özlem Öz barədə istintaq başladılıb.
Axşam.az xəbər verir ki, gözəllik mərkəzləri olan cütlüyə qarşı Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən cinayət törətmək məqsədi ilə təşkilat qurmaq, yaradılmış təşkilata üzv olmaq, rəsmi sənədlərin saxtalaşdırılması, vergi prosedurunun pozulması və aktiv dəyərlərinin qeyri-qanuni mənbəyini gizlətmək ittihamları irəli sürülərək haqlarında araşdırma başlanılıb.
Qeyd edək ki, daha əvvəl sosial media fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə saxlanılıb.
Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Həmçinin, daha sonra çirkli pulların yuyulmasında təqsirli bilinən fenomenlər Bahar və Nihal Candan bacıları da nəzarətə alınıb.
Sosial media fenomeni Banu Parlak isə lində silah tutduğu görüntüləri paylaşdığı üçün saxlanılıb. O, daha sonra sərbəst buraxılıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























