Sabah "Eurovision" mahnı müsabiqəsində iştirakçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma keçiriləcək.
Mediainfo.az xəbər verir ki, tədbir iki önəmli məqamla yadda qalacaq. Birincisi, Təl- viv şəhər açarını rəsmi olaraq Rotterdama təhvil verəcək. İkincisi isə kimin hansı yarımfinalda performans göstərəcəyi və səs verəcəyi açıqlanacaq.
Bundan əlavə, üç "Eurovision- 2020" aparıcısı Chantal Janzen, Edsilia Rombley və Jan Smit festival barədə məlumat verəcək.
Həmçinin Avropa Yayım Birliyi (EBU) bir-birinə daimi olaraq səs verən ölkələrin siyahısını hazırlayıb. EBU bunu Almaniyanın "Digame" şirkəti ilə müəyyən edib. Onlar keçmiş illərdəki səsverməni analiz ediblər. Bir-birinə mütəmadi olaraq dəstək olan ölkələrin eyni yarımfinala düşməməyi üçün siyahılar müyyənləşib.
Tətbiq olunan 5 siyahı qarşı-qarşıya qoyulacaq və dost ölkələrin eyni yarımfinalda çıxışı ehtimalı azalacaq.
Azərbaycan Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Belarus və Ermənistanın olduğu siyahıdadır.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























