“Eurovision-2020” mahnı müsabiqəsinin loqotipi təqdim edilib

“Eurovision-2020” mahnı müsabiqəsinin loqotipi təqdim edilib

Avropa Yayım Şurası gələn il mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək 65-ci beynəlxalq "Eurovision-2020" mahnı müsabiqəsinin loqotipini təqdim edib.

Mediainfo.az xarici KİV-lərə istinadla xəbər verir ki, loqotip 41 ölkənin müsabiqədə ilk iştirak ardıcıllığı ilə düzülmüş bayrağının əks olunduğu dairədən ibarətdir.

"Bu qərar holland dizaynına xarakterikdir: loqotip minimalistik, eksperimental və innovasiondur. Onun öz tarixi var, o, rəngarəng və dəbdəbəlidir. Tale elə gətirib ki, müsabiqədə ilk dəfə 1956-cı ildə Niderland nümayəndələri çıxış edib, bu səbəbdən ən öndə holland bayrağının rəngləri gəlir", - deyə "Eurovision-2020" müsabiqəsinin icraçı prodüseri Sitse Bakker bildirib.

Qeyd edək ki, "Eurovision-2020" mahnı müsabiqəsi "Open Up" ("Açıl") şüarı ilə keçirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.23

Bakıda binada uçqun oldu Bakıda binada uçqun oldu 23 Oktyabr 12:23

2026.10.22

2026.10.21

2026.10.20

2026.10.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az