Müğənni Elnarə Xəlilova yenə geyiminə görə tənqidlərə məruz qalıb. Mediainfo.az xəbər verir ki, sənətçi bu dəfə qırmızı ətəyi cins pencək, kənarı qaşla bəzədilmiş dairəvi eynək, zolaqlı köynək və uzun qırmızı sırğaları ilə uyğunlaşdırmağa çalışıb. O, liftdə fotosunu çəkərək instaqram səhifəsində paylaşıb.
Sosial şəbəkə istifadəçiləri müğənnini yenə tənqid etməyə başlayıblar. İfaçının geyimini şərh edənlərə cavabı gecikməyib.
Müğənni məşhur markanın geyimlərini paylaşaraq onu zövqsüz adlandıranlara belə deyib: "Qızlar, sadəcə məlumat üçün paylaşıram. Əslində tərz olaraq hər şey qaydasındadır".
Elnarə daha sonra bacısı Elina Xəlilovanın şəklini profilində yayaraq onun da eyni tərzdə geyindiyini bildirib:
"Güldürüm sizi? Bacımla bir-birimizdən xəbərsiz eyni geyinmişik. Dəqiq bilinir ki, eyni ağıldayıq. Ay modabazlar, dincəlin. Sizin zövqünüzə heç kimin şübhəsi yoxdur. Siz əlbəttə ki, ən yaxşısız. Biz də ki, eləb-belə başımızı qatırıq. Əsas geyindikləriniz sizin ürəyinizcə olsun".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































