Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev fəxri ad istəyir.
Mediainfo.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, bu istəyinin gerçəkləşməsi üçün "Youtube" kanalında videomüraciət yayımlayıb.
40 ilin sənətkarı olduğunu deyən 61 yaşlı aktyor "Əməkdar artist" fəxri adına layiq olduğunu bildirib.
Kino və tamaşalarda onlarla obraz canlandıran Yolçuyev dublyaj fəaliyyətində minlərlə film səsləndirib. Yeri gəlmişkən, dünya şöhrətli fransız aktyor Lui De Fünesin bütün filmlərini Azərbaycan dilində yalnız o səsləndirib.
Daha çox "Ovçu Pirim" kimi tanınan A.Yolçuyev uzun illər dövlət televiziyasında müxtəlif adlarda uşaq verilişlərinin aparıcısı olub.
Xəstəliyi ilə bağlı səhnəyə çıxa bilməyən aktyor yalnız dublyaj fəaliyyətini davam etdirə bilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































