"10 ildir Amerikada yaşayıram. Övladım burada dünyaya gəlib, indi 3 yaşı var. Həm bizim, həm rus, həm də ingilis dilində danışır, başa düşür. Anam, atam, qardaşlarım da burada yaşayır".
Mediainfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan keçmiş aparıcı Günel Musəvi deyib. O, "Hər şey daxil" proqramında qonaq olarkən TV simalarından danışıb.
Günel qeyd edib ki, əksər aparıcıların intellektual səviyyəsi aşağıdır: "Mən bir sitat gətirmişdim ki, Azərbaycanda aparıcılar silikondan çox kitaba pul xərcləsinlər. Kanallara baxmağa vaxtım yoxdur. Amma sosial şəbəkədə videolar qarşıma çıxır. Deyirəm ki, insanın düşüncə səviyyəsi bu qədər aşağı olarmı? Qaşı-gözü gəşəngdir, "kukla"ya oxşayır. Ağzını açanda elə bil uşaq danışır. İntellekt yoxdur".
Bundan əlavə, G. Musəvi Əməkdar artist Röya Ayxanın təhsilinin az olduğunu vurğulayıb: "Şou-biznesdə intelektual səviyyəsi yaxşı olan insanlar var. Məsələn, Faiq Ağayev, Murad Arif, Murad Dadaşov, Tünzalə Ağayevanı missal çəkə bilərəm. Mənə elə gəlir ki, Röya Ayxanın da intellekti yaxşıdır, amma təhsili azdır".
Qeyd edək ki, sözügedən proqram Vaşinqtonda lentə alınıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























