Müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın varislərinə qarğış edib.
Sənətçi "Şou news"a açıqlamasında deyib ki, İlhamənin pasportu belə onun evindədir:
"Vəziyyəti pis olanda pasportunu verdi mənə ki, saxla. Dedim ki, camaata var-dövlət verirsən, mənə bunu. Pulu nə mənə, nə qızıma qismət oldu. Özü malını necə işlədibsə, sahib olanlar da elə işlətsin. İlhamə işlətmədi, yığdı. Qızım Samirə 10 il ona qulluq edib.
Həmişə İlhamənin yanında biz olmuşuq. Öləndə də mən idim orada olan. Biz onun yanında ola-ola ev-eşik bacılarına qismət oldu. Tükəzban İsmayılovanın evini ikinci arvaddan olan uşaqlar necə ala bilər? O, evdə Orxan (İ.Quliyevanın övladlığa götürdüyü Orxan - red.) böyüyüb. İlhamənin goru çatlayır ki, siz onun evinə, bağlarına yiyələndiz.
İlhamənin evini tanımırdınız, gəlib malına sahib durdunuz. Bağını, mülkünü, qızıllarını talan etdiniz. Burnunuzdan gələcək. Kor olasınız sizi. Kimsiniz siz?".
Qeyd edək ki, İlhamənin mirası onun ögey bacı və qardaşlarına, onların övladlarına qalıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































