Türk şou biznesinin məşhur simalarından olan Sibel Can bu gün Bakı Konqres Mərkəzində konsert verib.
Konsertin aparıcılığını tanınmış teleaparıcı Nanə Ağamalıyevaya edib. Aparıcı çıxışı zamanı məşhur müğənninin çıxışının məhz 8 Mart Beynəlxalq Qadınlar Gününə təsadüf etmə səbəbini də açıqlayıb. Bildirib ki, 8 mart həm də konsertin əsas təşkilatçısı biznesledi Ruhi xanımın ad günüdür.
Konsert zamanı öz repertuarından mahnılar ifa edən müğənni eyni zamanda Azərbaycan musiqisinə də yer ayırıb. Onun ifasında "Sən gəlməz oldun", "Ayrılıq" və digər mahnılar səslənib.
Tamaşaçıların əyləşdiyi zala enən sənətçi ətrafında onu qoruyan cangüdənlərin canfəşanlığına baxmayaraq, onunla şəkil çəkdirmək və gül dəstəsi təqdim etmək üçün üzərinə yeriyən geniş insan kütləsi axını qarşısında aciz qalaraq, yenidən səhnəyə qayıdıb.
"Əslində, bütün zalı dolaşacaqdım, lakin bir çox insan ayaq üstündədir və mən geri qayıtmalı oldum. Arxa cərgədə əyləşənləri də nəzərə alın, onların nə günahı var axı?" - deyə müğənni giley edib.
Konsertin ikinci hissəsində Sibel Can məşhur rəqsləri ilə gecəyə xüsusi rəng qatıb. Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































