Acun İlıcalı ilə Şeyma Subaşının boşanma detalları üzə çıxıb.
Acunun özündən 20 yaş kiçik olan gənc xanımından ayrılmasının səbəbi xəyanət olub. Cütlüyə yaxın mənbələr iddia edib ki, Şeyma Subaşı ərinin etibarından sui-istifadə edərək onu fransız iş adamı ilə aldadıb.
Acunun "Ona inanıram, dünyanı gəzərək mənə enerji gətirir, kefim açılır" dediyi gənc həyat yoldaşı varlıların qatıldığı "Burning Man" partisində varlı fransızla tanış olub. Hətta onunla şəkil çəkdirib, dost kimi paylaşıb. Lakin bu tanışlıq sonradan "ciddi" münasibətlərə çevrilib. Onlar tez-tez Dubayda görüşməyə başlayıb.
Acun Şeymanın Dubaya getməsinə icazə verməsə də, ona qulaq asan olmayıb. Daha sonra o, "gedə bilməzsən" dediyi arvadının İnstaqram səhifəsində Dubay paylaşımlarını görüb. Arvadının Dubayda olduğunu görən ər onu güdmək üçün adam tutub və qorxduğu başına gəlib. Şeyma ilə fransız iş adamını eyni hotelin çimərliyində görüblər.
Şeyma İstanbula qayıtdıqdan sonra Acun ondan boşanmağa qərar verib. Sonda isə "bitdi" deyib. Instagram fenomeni "Üzr istəyirəm, bir də etmərəm" desə də, faydası olmayıb və təcili boşanma baş tutub. (publika.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































