"TV8"in sahibi, aparıcı və prodüser Acun İlıcalı "Instagram"da yeni video paylaşıb.
Görüntülərdə "O səs Türkiyə" proqramını təqlid edən uşaqlar yer alır. Türkiyədəki kəndlərdən birində çəkilən videoda maraqlı məqam isə gənc qızın verilişə "Azərbaycandan qatılıram" sözlərini deməsi olub. Görüntülər İlıcalının da diqqətini çəkib.
O, videonu paylaşaraq "İlk işim sizi tapmaq olacaq" başlığını yazıb.
Xatırladaq ki, uşaqlar layihənin münsif kürsüsündə əyləşən müğənnilər Murad Boz, Hadisə, Seda Sayan və aparıcı Beyazıt Öztürkü də təqlid ediblər.
Qeyd edək ki, münsif müğənni Murad Boz 5 ildən sonra 21 dekabrda Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Baku.vvs
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































