Müğənni Günel Ələkbərova sərt mövqeyi ilə gündəmə gəlib. Onun bu sözləri qalamaqala yol açacağı istisna edilmir.
Minval.info xəbər verir ki, sənətçi öz verilişində qonaqlarına qarşı qəribə zarafatlarıyla və atmacaları fərqlənən aparıcı Zaur Kamalın bostanına daş adıb.
Z.Kamalın proqramına dəvət etdiyi rəqqasə, aktrisa Oksana Rəsulovaya verdiyi sual Günel Ələkbərovanı əməlli-başlı qəzəbləndirib. Belə ki, aparıcı aktrisadan övladının soyadını və atasının adını soruşub. Bu kadrlar isə sosial mediada paylaşılıb.
Günel Ələkbərova videonun şərh bölməsinə Zaur Kamalın sualına qəzəblənib və onun ünvanına ağır sözlər söyləyib:
"Adama deyərlər, sənə nə? Hansı amil səni məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursan? Səndən soruşan var, arvadın kimdir, kimlərdəndir? Bəsdir, başını həyasızcasına başqasının həyatına soxdun. Oksana yeni ana olub. Özünə nə əl qatmısan? Əsas yaxınları, doğmaları bilir ki, atası kimdir. Reytinqini başqa şeylə tut. İnsanların şəxsi həyatına qarışma. Yoxsa mənim uşağımın atası kimi o da gəlib canlı efirdə səni tutub… Nəysə… Gərək elə o vaxt mənə də "uşağının atası kimdir" sualını verəndə canlı efirdə mikrofonu təpənə çırpardım ki, başqa xanım sənətçiyə bu sualla müraciət etməyəsən. Orda olan qonaqlara və bizə baxan tamaşaçılara xatir sakit dayandım".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
























































