Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Tanınmış müğənni Xatirə İslamın instaqramda yazdığı şərh müzakirələrə səbəb olub.
Sənətçi sosial şəbəkədə xərçəngə yoluxan əməkdar artist Tünzalə Əliyevaya göstərilən maddi yardım barədə rəy yazıb.
Xatirə onu qınayan izləyicisinə cavab verərək yardımın aktrisanın evinin ipotekası üçün yığılmasında xəbərsiz olduğunu bildirib. X. İslam daha sonra həmin şərhi silərək rəy bölməsini bağlayıb.
"Qafqazinfo" mövzu ilə bağlı Xatirə İslamla əlaqə saxlayıb. Müğənni yazdığı şərhə belə aydınlıq gətirib: "Solo konsertimə başım qarışıq olub, "Bizimləsən" proqramını izləyə bilməmişəm deyə məsələdən tam xəbərdar deyildim. Mən proqrama çıxanda elə başa düşdüm ki, yardım Tünzalə Əliyevanın müalicəsi üçün toplanır. Bütün həmkarlarıma, dostlarım da bunun üçün müraciət etmişdim. Zaur Baxşəliyev də sonra efirdə dedi ki, Xatirə elə başa düşdü ki, pulu müalicə üçün yığır. Yəni, onsuz da biz pulu Tünzalə xanıma vermişdik. Bütün sənət yoldaşlarımızla halallıq veririk. Kim halallıq vermirsə, özü bilər. 16-17 min manat pul yığdım, proqramda da ona təqdim etdik. Onsuz da mən qabaqcadan göz yaşları içində pul yığacağım barədə efirdə danışmışdım. Həmin kadrlar bütün sosial şəbəkələrdə var. Yaxşı ki, müraciətim göz qabağında olub.
Big.az