“Məni 400 manat qarşılığında aparıb 1 ay saxladılar”

“Məni 400 manat qarşılığında aparıb 1 ay saxladılar”
"Maşınımın benzin pulu 400 manatdır".

Bu sözləri ARB TV-nin "Show News" verilişinin növbəti qonağı müğənni Aysun İsmayılova bildirib.

Aysun uzun müddət söz-söhbətə səbəb olacaq odlu-alovlu açıqlamalar verib:

"Bugünkü günü mənim əslində bir ordum var. Mənim bəziləri kimi "İnstagram" izləyicilərimin heç biri saxta deyil. Mən biraz az tanınıram deyə, bu o demək deyil ki, heç kimdən nə artıq, nə də əksikəm. Məsələn mənə heç kim deyə bilməz ki, yolda gedəndə "şəkil çəkdirək" deyənə yox deyim. Kim yaxınlaşır deyirəm gəl, hələ qucaqlaşırıq da..."


Aysun eyni zamanda Azərbaycanda çəkilən yerli filimləri ələ salıb:

"Azərbaycanda çəkilən yerli filmlərə baxanda adamın ağlamalı yerində gülməyi, gülməli yerində isə ağlamağı gəlir. Mən Azərbaycanda Türklərin çəkdiyi bir filmə çəkildim.

O filmin üstündən 10 il keçib, film hələ də ortada yoxdur. Nə də heç kimin pulunu verməyiblər, hamıya atdılar. Apardılar İsmayıllıda saxladılar. Hər kəsə bir katec tutulmuşdu. Mən dedim ki, qala bilmərəm camaatla.

Mən özüm öz otağımın, yeyib-içməyimin, yanımdakı qorumanın və sürücümün pulunu ödədim. Hələ o vaxt mən bu qədər tanınmırdım. Onunla belə kişinin oğlu mənə kontakta 400 manat yazıb. Neynirəm sənin 400 manatını. Mənim maşınımın benzin pulu 400 edir. Dedim qurbandı istəmirəm. Biyabırçılıq...".

Baki.vvs

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az