Müğənni Kərim Abbasovla prodüser Təranə Səmədova arasındakı qalmaqal illərdir bitmir.
Axşam.az-ın məlumatına görə, bir vaxtlar ər-arvad olan məşhurlar hər fürsətdə bir-birini təhqir edib, ünvanına sərt sözlər deyir. Bir neçə gün əvvəl T.Səmədova Kərimin ünvanına sərt sözlər demişdi. İndi isə Abbasov keçmiş arvadının bir müddət əvvəl mediada yayılan qadın alveri ilə bağlı yazısının fotosunu paylaşaraq bunları yazıb:
"İnsanın bu qədər cinayətləri ola-ola necə efirə çıxıb məndən danışa bilər? Ay xala, bir öz altındakı vannanı görmürsən, məndə iynə axtarırsan? Əvvəlin diplom alverçisi, sonra oldun insan alverçisi, indi də maşın alverçisisən. "Alverçi" kəliməsini bu qədər dəyərsiz eləmə. Sən hara gedirsənsə, ora pis günə qalır. Sənin kimi məşhur "alverçini" efirlər hansı ağılla dəvət edir bilmirəm. Çıxıb efirdə məndən olmayan şeyləri danışmaqdansa, otur balana tərbiyə ver. Onun gözünü kölgəli eləmə. Bu dünya niyə dağılmır görəsən?
Mənə gələndə isə... Ailəm, övladım, xanımım, atam, anam, qeyrətim, namusum yanımdadır. Mənə görə narahat olma. Amma yenə də sənə pislik arzulamıram. Allah qapını açsın və sənə ağıl versin".
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































