Məşhur türk model Sinem Sülün qayınanası Hikmet Birsen Yüksel və qayınatası Sami Yükseli məhkəməyə verib.
"Ölkə.Az" xəbər verir ki, buna səbəb tərəflərin Sinemin yataq otağına dinləmə cihazı yerləşdirməsi olub. Məhkəmənin hökmü ilə qayınana və qayınata 2 il 6 ay 15 gün həbs cəzasına məhkum edilib.
2005-ci ildə "Miss Model of Turkey" seçilən Sinem 2013-cü ildə iş adamı Mustafa Yüksel ilə evlənib. Bir müddət sonra Sinem yataq otağında dinləmə cihazı aşkar edib. O, ərinin ailəsinin bu qurğunu yerləşdirdiyini iddia edərək məhkəməyə müraciət edib.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































