ATV kanalında yayımlanan "Xanımlar və cənablar 2" devizi ilə start götürən "Maşın" realiti şousunun final gecəsi keçirilib.
Final gecəsinə şounun iştirakçıları arasında olan ATV kanalının 4 aparıcısı- İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Aytən Səfərova və Günel Hümbətova qatılmayıb.
Aparıcı İlhamə Bədəlova, Aytən Səfərova, Günel Hümbətovanın iştirakçılara etiraz əlaməti olaraq mərasimdə iştirak etmədikləri məlum olub.
Amma şounu ümumi saxtakarlıqda ittiham edən Mətanət Əliverdiyevanın bu dəfə layihənin rəhbəri Murad Dadaşov tərəfindən final gecəsinə dəvət edilmədiyi barədə məlumatlar dolaşır.
Qeyd edək ki, M. Əliverdiyeva ATV kanalında aparıcı Yusifin təqdimatı ilə yayımlanan "10-dan sonra" verilişində "Maşın" şouyla bağlı gözlənilməz açıqlama verərək şounun saxta bir oyun olduğunu bildirmişdi: "Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan qadın olmuşam".
Mətanətin verilişdə səsləndirdiyi ifadələr dərhal ATV kanalının rəsmi sayıtında yerləşdirildi. Amma üzərindən bir gün keçdikdən sonra verilişin görüntüləri ATV.az sayıtının rəsmi YouTube səhfəsindən yığışdırıldı.
Xatırladaq ki, Mətanət Əliverdiyeva "Maşın" şouda az səs toplayaraq oyundan kənarlaşdırılıb.(unikal.org)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































