Gərginliyin günü-gündən artdığı "Maşın" şouda daha bir qalmaqal aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova arasında yaşanıb.
Buna səbəb Mətanətin aktyor Cavidan Novruzla Aytən arasında baş verən mübahisəyə qoşulması olub.
Belə ki, nahar vaxtı Cavidanla Aytən mübahisə edib. Səfərova Cavidanı maşın ətrafında etdiyi zarafatlarına görə "Duzsuz" adlandırıb. Daha sonra bir-birini təhqir edən məşhurlar arasına Mətanət girib.
O, aktyora "Əsəbiləşmə, başın xarabdır. O, kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu.... Onu məndən yaxşı tanıyan yoxdur. O, ağzının danışığını bilmir" deyib.
Əliverdiyevanın bu sözləri Səfərovanı özündən çıxarıb. Canlı yayımda hər iki aparıcı sözləşib.
Mətanətin "Mən maşın ətrafında sakit dayana bilmərəm. Zarafat da edirəm, "şpaqat" da açıram. Əcəb edirəm. Kim istəyir, baxsın, istəməyən, xoş gəldi" deməsinə cavab olaraq Aytən "Mən camaatın qarşısında "şpaqat" açmaram. Bu da mənim xarakterimdir. Yadından çıxartma ki, bir vaxtlar sənin bu hərəkətinə görə mən işimdən olmuşam" deyib.
Sonda Mətanət bildirib ki, o, sözünün üstündə durur: "Heç bir qadın kişiyə o sözü deməzdi".
Axsam.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































