Məşhur rusiyalı müğənni Qriqori Leps İsrailə buraxılmayıb.
Bunu Knessetin deputatı Yuliya Malinovskaya öz sosial media hesabında yazıb.
"Polisin nə üçün məşhur rusiyalı müğənninin ölkəyə girişi məsələsi ilə məşğul olduğunun izahını tapa bilmirəm. Lepsin İsrail turunun şokda olan təşkilatçısı bununla bağlı mənə müraciət edib" deyə, o bildirib.
Yuliya söyləyib ki, müğənnini müşayiət edəcək 17 musiqiçi və texniki işçi ölkəyə daxil olmaq üçün problemsiz şəkildə yazılı icazə alıb. Yeganə Lepsi İsrailə buraxmayıblar.
Onun sözlərinə görə, Lepsin İsraildəki konsertinə üç mindən çox bilet satılıb.
Qeyd edək ki, 2013-cü ildə ABŞ da Lepsin ölkəyə girişinə qadağa qoymuşdu. ABŞ hakimiyyəti onu Şərqi-Avropa mafiyaları ilə əlaqələrdə və cinayətkarlar üçün külli miqdarda nəğd pul daşımaqda şübhəli bilirdi. Axşam.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























