Əməkdar artist, Opera səhnəsinin cazibədar Leylisi Gülüstan Əliyeva qalmaqallı sözləri ilə gündəmi bir-birinə vurub.
Mediainfo.az yenicag.az-a istinadən bildirir ki, əməkdar artist sənətin bitdiyi yerdə qalmaqalın başlandığını deyib: "Sənətin qurtardığı yerdə qalmaqal başlanır. Heç vaxt qalmaqal, dedi-qodu və qarderobumdakı paltarlarımın qiyməti ilə gündəmə gəlməmişəm. Gülüstanın paltarının qiyməti kimin üçün maraqlıdır? Kimin nəyinə lazımdır, mən onu beş min manata almışam, ya 100 manata. Məni dinləyənlər üçün önəmli olan səsim və sənətmdir. Novruz bayramında Kanadada konsert verəndə tamaşaçılar Azərbaycan bayrağını dalğalandırıb, mənimlə bərabər oxuyurdular. Onda heç tamaşaçı üçün geyindiyim libas önəmli deyildi. Heç kimi qınamıram da, kim necə istəyər elə də gündəmə gələr. Mən özümə cavabdehəm".
Əməkdar artist yaradıcılıq planlarını da açıqladı: "Mayın 10-u ulu öndərin doğum günü Qubada açıq havada solo-konsert proqramı ilə çıxış edəcəm. Mayın 18-19-u isə Gəncə Filarmoniyasında solo konsertim olacaq. Bu konsert proqramı Cümhuriyyətimizin 100 illiyinə həsr olunub".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































