Sumqayıt şəhəri ərazisində qətl törədilib. Lent.az xəbər verir ki, gecə saatlarında Bakı-Sumqayıt yolunun kənarındakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında "Nissan Sunny" markalı avtomobildə sürücü, Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu yaralı halda aşkarlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan 31 yaşlı şəxs təcili xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Qətlin kim tərəfindən törədilməsi, hadisənin konkret harada baş verməsi və motivi hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Qətlə yetirilən şəxsin dövlət komitələrindən birində işlədiyi bildirilir.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































