Müğənni Tunar Rəhmanoğlu illər əvvəl Nüşabə Ələsgərlinin oğlunun sünnət toyunda baş vermiş olayla bağlı yayılan videoya münasibət bildirib.
O, İnstaqram hesabında həmin vaxt məşhur türk sənətçisi İbrahim Tatlısəslə duet oxumasına əməkdar artist Nüşabə Ələsgərlinin narazı olmağına bu sözlərlə reaksiya verib:
"Gecədən bu video sosial şəbəkələrdə paylaşılır. Görənlər niyə cavab vermədiyimi deyir. Olub keçmiş hadisədir. İbrahim bəy orada lazımı cavabı verib. Məni ən yüksək zirvədə tutduğunu hər zaman hər yerdə göstərib. Nə etmək olar? Paxıl da var, istəyən də, quyu qazan da, gözü götürməyən də… Ancaq bunlara gülüb keçmək lazımdır. Məni görəndə gülərək "Səni çox istəyirik" deyən insanlar o simaları ilə yadımda qalsın istəmişəm. Bu kadrdakıları görməzdən gəlirəm. Allah kömək olsun. İllər keçib, bəlkə də indi məni həqiqətən də çox istəyirlər. İlhamə xanıma da Allah rəhmət eləsin".
Qeyd edək ki, sosial şəbəkələrdə Nüşabə Ələsgərlinin oğlunun sünnət toyunda Tunar Rəhmanoğlunun İbrahim Tatlısəslə duet oxumasına narazılığını əks etdirən görüntülər yayılıb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























