Yardımlıda qonşular və qohumlar arasında kütləvi dava baş verib.
APA-nın xəbərinə görə, rayonun Bürzümübül kəndində qohumlar və qonşular arasında ərazinin müəyyən olunması səbəbindən yaranan mübahisə sonradan davaya çevrilib.
İlkin məlumata görə, dava zamanı Bürzümübül kənd sakini, 1963-cü il təvəllüdlü Bəyzadə Məmmədağa oğlu Rəciyev aldığı xəsarətlərdən ölüb. Digər ailənin üzvü Nuru Mətləb oğlu Haxıəliyev isə xəsarət alaraq Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
B. Rəciyevin ölümündə şübhəli bilinən Nuru Haxıəliyevin oğlu Şirxan Haxıəliyev isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































