Əməkdar artist Nüşabə Ələsgərli övladlarının həmişə mediadan uzaq olduğunu bildirib.
Yenicag.az-a açıqlama verən müğənni bunun səbəblərini izah edib:
"Qızım da, oğlum da heç vaxt diqqət mərkəzində olmağı xoşlamayıb, jurnalistlərdən uzaq gəziblər. Bir dəfə toyda qızımla şəklimizi çəkib yaymışdılar. Qızım buna görə çox əsəbiləşdi. Övladlarım reklam olunmağı xoşlamır, deyirlər, "biz ictimai xadim, ya da ulduz deyilik ki, gündəmdə olaq". Qızım anamın tərbiyəsi ilə böyüyüb. Çox ağıllıdır, ona məsləhət vermək artıqdır. Uşaq vaxtı "aşk yasaq" deyib, qızıma sevməyi qadağan etdim. Ona məsləhətim bu olub ki, oxusun, vaxtını təhsilə ayırsın. Artıq 20 yaşı var, şəxsi həyatını öz seçiminə buraxmışam. Təbii ki, ana kimi mənim də məsləhətimi nəzərə alacaq. Elə oğluma da qadağalarım yoxdur. Hələ 21 yaşı var, evlənmək vaxtı deyil, amma kimi sevib-seçsə, onunla da evləndirəcəm. Çünki ailə qurarkən, sevgi çox önəmlidir. Qarşılıqlı sevgi olmasa, ər-arvad bir-birinə dözməz. İnanıram ki, uşaqlarım ailə quranda seçimlərində yanılmayacaq".
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























