Tanınmış DJ Roşkanın ötən həftə verdiyi müsahibə qalmaqala səbəb olub.
Onun primetime.Az-a müsahibəsi zamanı işlətdiyi "Əməkdar artist, sənətinə hörmət etdiyim Tünzalə xanım Ağayeva açıqlamasının birində Damlanı bayağı adlandırdı. Bu, mənim çox xətrimə dəydi. Onun bu sözü deməyə haqqı çatmır" sözləri qarşı tərəfi özündən çıxarıb.
Oxu.az-a açıqlama verən Əməkdar artisti Tünzalə Ağayeva heç bir müğənninin adını çəkmədiyini bildirib:
"Mən heç kimin adını çəkməmişəm, kimsə öz üstünə götürübsə, bu, mənim problemim deyil".
Sənətçi daha sonra DJ Roşkaya da cavab verib. Ağayeva bildirib ki, onun adını çəkmək Roşka üçün şərəfdir:
"DJ Roshka mənim adımı çəkməklə böyük şərəf hissi yaşayır. Hələ gəlsinlər, mənim adımı çəkməyi öyrənsinlər. Ümumiyyətlə, mənim sözlərimi müzakirə etməyə böyük elm lazımdır".
Qeyd edək ki, ötən il Tünzalə Ağayeva keyfiyyətsiz musiqi ifa edən və bayağılığa doğru qaçanları nəzərdə tutaraq "Peşəkarlar geri çəkilsin, bu meydan meymunlaramı qalsın?" ifadəsini işlətmişdi.
DJ Roşka da bu məsələni əsas gətirərək sözlərin Damlaya ünvanlandığını bildirib.

Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir





















.jpg)


















.jpg)








