Rejissor Kənan M. M qalmaqallı açıqlaması ilə şou gündəmini bir-birinə vurmasa yaxşıdır.
BiG.AZ goldnews.az-a istinadən xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor bundan sonra bir deyənə beşqat cavab verəcəyini bildirib:
"Həddən artıq saf olmaq axmaqlıq əlamətidir. Mənim düşüncəmə görə, haqqı deməyən adam axmaqdır. Belə bir misal var, dinsizin öhdəsindən imansız gələr. 15 il nə deyiblərsə, abrıma qısılıb susmuşam. Amma 40 yaşdan sonra daha susmaq fikrində deyiləm. Mənə "can" deyənə "ay can" deyirəm, bir addım atana beş addım atıram. Amma vay o gündən ki, mənə toxunsunlar. İndiyə qədər əhatəmə, ailəmə, sahib olduğum sənətə iynənin ucu qədər söz gəlməyib. Toxunsalar, beşqat artığını deyib, cavablarını verəcəm. Heç nədən də qorxmuram. Bir dəfə müğənnilərdən biri ilə sözüm çəpləşdi, iki gün polis bölməsində də yatdım. Mən sözümü deyən oğlanam".
Kənan müğənni Fədayə Laçınla bağlı fikirlərinə görə insanlar tərəfindən qınanıldığını da deyib:
"Fədayəni məlum hadisədə müdafiə etdiyimə görə məni çox qınadılar. Ürək baxmır, qarşısındakı avtoritetdir, ya nazir. Başa düşmürəm ey… Nazirin sevgilisi olmaq olar, avtoritetin yox? Sadəcə olaraq, birinin etdiyi cinayət göz qabağındadır, o birininki yox. Ümumiyyətlə, kim kimi sevirsə-sevsin, xoşbəxt olsun. Vəssalam, heç kimə hesab verməsin".
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































