Aylar öncə ayrılan, daha sonra barışan müğənni Natavan Həbibi ilə reper Dado münasibətlərinə birdəfəlik son qoyub.
Bu barədə sənətçinin özü ATV-də yayımlanan "Zaurla Günaydın" verilişinə qonaq olarkən məlumat verib.
İfaçı hələ də anasıgildə qaldığını, problemlərdən uzaq gəzdiyini bildirib:
"Mən indi toy şəkillərinə baxa bilmirəm. Bu məndən asılı deyil. Toya çəkdiyim xərcə görə heyfslənmirəm. Hər şey ürəyim istəyən kimi oldu. Toyumda çox xoşbəxt idim. Elə bilirsiz sevgi stressi yaşayıram. Burada başqa şeylər var, problemləri aşdım. Səid (Dado) özü açıqlama verib. Eşitdim ki, o, İnstagramda canlı yayımda danışıb. Söyləyib ki, mövzu bağlandı, hər şeyi bitirdik. Bu barədə çox danışmaq istəmirəm, ətim töküldü".
Qeyd edək ki, cütlük ötən ilin iyun ayında ailə həyatı qurmuşdu. (oxu.az)
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































