Dünya TV-nin efirində yayımlanan "Gecənin səsi" verilişində qalmaqallı hadisə baş verib.
Mediainfo.az Minval.info-ya istinadən xəbər verir ki, mərhum Əməkdar artist Məhəbbət Kazımovun ildönümünə həsr olunan buraxılışda xoşagəlməz anlar yaşanıb.
"Gecənin səsi"ndə iştirak edən xanəndə Ehtiram Hüseynovun verilişin aparıcısı Natiq Dağlaroğluna ünvanladığı suallar qalmaqala yol açıb.
Əməkdar artist adına layiq görülən xanəndə aparıcıya ünvanladığı "Məhəbbət Kazımov haralıdır?" sualına N.Dağlaroğlu "qarabağlıdır" deyə cavab verib.
Ardınca isə E.Hüseynov verilişin digər qonağını göstərərək, "bəs, bu haralıdır?"- deyə soruşub.
Aparıcının "şirvanlı qardaşımızdır" cavabından sonra Əməkdar artist buna kobud rəaksiya verib. Belə ki, E.Hüseynov "şirvanlı hara, qarabağlı məclisi hara? Qarabağlı məclisində qarabağlı oxumalıdır" deyib və Natiq Dağlaroğlunu təhqir edib.
Ehtiram Hüseynov hətta aparıcının ünvanına ağır söyüşlər söyləyərək verilişi tərk edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































