Xalq artisti Aygün Kazımovanın əməkdar artist Tünzalə Ağayeva barədə dediyi sözlər cavabsız qalmayıb. Mediainfo.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, əməkdar artist "Atv maqazin onlarla" verilişinə açıqlamasında xalq artistinə salam verməməyi barədə danışıb: "Qarşı tərəfdən nə görürəmsə, eyni layiqli cavab verirəm. Mənə olan sayğı və sayğısızlığı qarşılıqsız qoymamışam. Hər şey qarşılıqlıdır. Mənə hörmət qoyursa, öpərək gözümün üstünə qoyuram. Qarşılıq yoxdursa, məndən o öpüşləri gözləməyin. Detallara girməyi sevmirəm. Özünə pop ulduz deyən insan başqalarını özünə borclu saymasın. Heç kim! Hər kəs bir yol keçir, çətinlikləri dəf edir. Tünzaləni Allah bu səhnəyə gətirib.
Heç kimin 15 balı gətirməyib. Simvolik bir jüri olub. Orada başqaları da otura bilərdi. Orada əyləşən artistlər Tünzaləyə rəy bildirməli idilər. Və mümkün deyildi ki, onlar mənə 1 bal versinlər. "Bakı Payızı"nda yanımda duran rəqiblərə baxanda mənə 10 bal verməli idilər, başqa variant yox idi. Onu əlində bayraq etməyin heç bir məntiqi yoxdur".
Onu da əlavə edək ki, T.Ağayeva sonda verilişin "Hit parad" rubrikasında A.Kazımovanın əzəli düşməni Natavan Həbibini birinci edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































