Xalq artisti Faiq Ağayev Naz Milanın 20 yanvar günü göstərəcək şouya münasibət bildirib.
Moderator.az xəbər verir ki, Faiq Ağayev bu hərəkətinə görə Türkiyədə yaşayan azərbaycanlı Naz Milanı təhqir edib. Onu manqurt adlandıran xalq artisti bu məsələdə Nazın valideynlərini, müəllimlərin əhatəsini aınayıb:
"Hansı mühitdə böyüyüb bu şəxs? Nə yeyib, nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, digəri də ki, belə...Formal qəbul etməyə başlayıblar 20 yanvar dəhşətini. Elə bil olmayıb heç bu zülm. Faciədir!"
Qeyd edək ki Naz Mila bu gün yarıçılpaq şəklinin yer aldığı şounun posterini paylaşaraq 20 yanvar faciəsi günü keçirəcək kef məclisinin anonsunu verib.

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































