Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.
Mediainfo.az-ın Axşam.az-a istinadən verdiyi xəbərə görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki iddia təmin edilməyib.
M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: "Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək".
Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.
R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































