Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəylərdən 50 min manat təzminat və mətbuat vasitəsilə onun barəsində səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.
Mediainfo.az-ın bildirdiyinə görə, bu barədə Report-a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.
V.Şükürov bildirib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib: "Müraciətin icraata qəbul edilib-edilməməsi yaxın günlərdə bilinəcək".
Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































