ARB TV-nin "Səhər-Səhər" proqramının budəfəki qonağı müğənni Nazənin olub.
Müğənni artıq Təranə Qumralla yaşadığı qalmaqaldan yorulduğunu bildirib.
"Təranə adi bir mesaj atardı ki, bağışla, şeytan məni yoldan çıxartdı. Hər şeyi, məhkəmə işlərini də dayandırardım. Məhkəməyə də Təranə vermişdi bizi. Uduzub deyə elə danışmalıdır. Nə danışdısa, özünə ziyan oldu. Mənə şər atdı. Mən danışsam abrım-həyam gedəcək. Simamı itirmək istəmirəm. Özü edir, sonra da efirə çıxıb deyir ki, bu məndən nə istəyir?! Həyasına hörmət qoyan qadın efirdə belə danışmaz. Mən yenə susacam. Özümə yaraşdırmıram".
Nazənin son zamanlarda Təranənin onu tez-tez yığaraq pul istədiyini bildirib.
"Nə mən onun evini tanıyıram, nə də o, mənim evimi tanıyır. Sadəcə axır vaxtlar məni yığıb deyirdi ki, mənim ehtiyacım var, maşınımızı alıblar bankın qabağındadır. Ya mənə pul ver, ya da mənə toy ver."
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































