Müğənni-bəstəkar Emin Ağalarovun ad günü olub.
38 yaşı tamam olan Emin özəl gününü konsert proqramı ilə qeyd edib. Simfonik orkestrın müşayiəti ilə səhnəyə çıxan müğənni bunun üçün "Сrocus City Hall"u seçib. Gecədə Eminlə birlikdə Rusiya şou-biznesinin məşhur simaları da səhnəyə çıxıblar. Emin yeni işıq üzü görən duetlərdən ibarət albomunu təqdim edib və həmin mahnıları həmkarları ilə birlikdə səsləndirib. Atası iş adamı Araz Ağalarov səhnəyə çıxaraq oğluna arzularını səsləndirib. Konsertdən sonra müğənni ad günü partisi təşkil edib. Gecədə sevgilisi Alyona Qavrilova da Emini tək qoymayıb.
"Həmişə deyirəm ki, dueti mənə qəlbən yaxın olan müğənnilərlə oxuyuram. Bütün bu möhtəşəm ifalar mənimlə səhnəyə çıxdı" deyə, sənətçi təəssüratlarını bölüşüb. Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































