Bir neçə gündür ki, həyat yoldaşı Səid Əliyevdən (Dado) ayrılmağı ilə gündəmə gələn Natavan Həbibinin instaqram səhifəsi bağlanıb.
Mediainfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yarım milyondan çox izləyicisi olan rəsmi hesab sənətçinin meneceri tərəfindən müvəqqəti olaraq dondurulub. Bildirilir ki, xəbər portalları, sənətçinin dostları, sosial şəbəkə istifadəçiləri Həbibinin adını tez-tez hansısa bir xəbər çıxan zaman işarələyir və sənətçi hər dəfə onların bu addımından narahat olur. Bunun qarşısını almaq üçün səhifə bu həssas dövr bitənə kimi bağlanıb.
Bu məqamda qeyd edək ki, Natavan boşanmağı ilə bağlı status yazandan sonra səhifənin idarəsini menecerinə həvalə edib. O, arada səhifəyə daxil olaraq onunla bağlı yazılan şərhləri oxuyur. Bundan başqa, ifaçı bir müddətdir ki, hər kəsdən uzaq olmağa çalışır. O, ailəsinin taleyi ilə bağlı tək və qəti bir qərar vermək istəyir. Hətta Dado ilə Natavanın yenidən barışacağı da iddia olunur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































