Hakan Yılmaz və həyat yoldaşını oteldə döyüblər

Hakan Yılmaz və həyat yoldaşını oteldə döyüblər

Türkiyənin məşhur aktyoru Hakan Yılmaz və həyat yoldaşı otelin foyesində hücuma məruz qalıb. Mediainfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Hakan dostları ilə birlikdə Arnavutköy səmtindəki restoranda ad günündə iştirak edib. Sonra isə xanımı Elif ilə birlikdə Etilər səmtindəki otelə gedib. Cütlük otelin foyesində 3 nəfərin hücumuna məruz qalıb. Yılmaz və xanımı otelə girəndə mühafizəçisi ilə onlara Denizhan Vural və dostu Erdal Gökçə yaxınlaşıb. Vural Hakana "sən məni tanıyırsan" - deyib.

Hakan isə "üzrlü sayın, tanıya bilmədim" - cavabını verib. Bundan sonra Denizhan "Necə yəni tanımırsan. Səni də arvadını da burada döyərəm" - deyəndən sonra üç nəfər Hakan və xanımını döyməyə başlayıblar.

Otel işçiləri müdaxilə etməyə çalışsalar da, nəticə olmayıb. Hadisə yerinə cəlb edilən polis dalaşanları ayırıb. Hakan və xanımı xəstəxanaya, hücumçular isə polis bölməsinə aparılıb. Aktyor şikayət ərizəsi ilə polisə müraciət edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az