Rusiyalı ulduz ərinə Maqomayevlə xəyanət edib - video

Rusiyalı ulduz ərinə Maqomayevlə xəyanət edib - video

Rusiyanın məşhur müğənnisi Svetlana Rezanova SSRİ xalq artisti Müslüm Maqomayev haqqında almaqallı bir iddia səsləndirib.

Mediainfo.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Birinci kanalda yayımlanan "Na samom dele" verilişinə qonaq olan 75 yaşlı sənətçi azərbaycanlı müğənni ilə sevgili olduğunu qeyd edib.

Rezanova xalq artistinin o dövrdə evli olmadığını, başqa bir xanımla eşq yaşadığını bildirib. Aparıcı Dmitri Şepolovun suallarından sonra məlum olub ki, rusiyalı müğənni həmin dövrdə evli olub və Maqomayevlə 4 il ərzində münasibət yaşayıb.

Daha sonra efirdə Maqomayevin bacısı Tatyana Zayçeva sənətçinin səsləndirdiyi iddiaları təkzib edib.

O, qardaşının təkcə həyat yoldaşı Tamara Sinyavskayanı sevdiyini bildirib.

Bundan əlavə, Safaronovo sakini İrina Korotkova proqramda iddia edib ki, qızı Veronikanın atası azərbaycanlı müğənnidir. Layihə əməkdaşlarının köməkliyi ilə Veronika DNT analizinə göndərilib və məlum olub ki, onun atası M. Maqomayev deyil.

İ. Korotoka mərhum ifaçının ailəsindən onun cənazəsinin açılmasını tələb edib. O, israrla qızının Maqomayevdən olduğunu bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az