Əməkdar artist Nüşabə Ələsgərlin 4 milyonluq evinin olması, estetik əməliyyat keçirməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Mediainfo.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki,müğənni ona tez-tez mədə əməliyyatı keçirdiyini deyənlərə "Şou-məkan" verilişində cavab verib:
"Sosial şəbəkələrdə bilirlər ki, varam, orda mənə yazırlar ki, mədə kiçiltməsi eləmisiz, niyə gizlədirsiniz? Arıqlamağınızın səbəbini deyin də! Mən də gülürəm, deyirəm ki, hə doğurdan, hardan tapdız, Türkiyədə mədə kiçiltməsi etdirmişəm. Ancaq elə deyil, etdirməmişəm. Eləsəm də, camaatdan gizlətməyin nə mənası var ki? Mən buna normal baxıram. Artıq çəkilərdən xilas olmaq istəyən qadın, gözəl görünmək istəyən qadın estetik əməliyyta da müraciət edəcək, mədə əməliyyatı da keçirəcək".
Müğənni son zamanlar haqqında yayılan "varlı müğənni", "milyonluq evi olan sənətçi" söz-sözbətlərinə də aydınlıq gətirib:
"Bizim müğənnilər niyə kasıb olmalıdırlar ki? Bəyəm, belə olmalıdır? Bu qanunu kim yazıb ki, müğənnilər kasıb olmalıdır. Hamı kimi onlar da əziyyət çəkirlər, qazanc arxasınca qaçırlar. Bizim qazancımız toy məclislərindən gəlir. Nə xoş mənim və kolleqalarım halına ki, kimsə özəl günündə Nüşabəni, Mələkxanımı, Mətanəti, Ruhəngizi, Brilliant xanımı görmək istəyir".
Qeyd edək ki, prodüser Tarix Əliyev Xəzər TV-də Nüşabə Ələsgərlinin evi barədə açıqlama vermişdi:
"Onun Bakının elə bir yerində evi var ki, o evin bəlkə də, 4 milyon qiyməti var".

Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































