Müğənni Elariz Məmmədoğlu "Sənətsevər" verilişinin qonağı olub.
Mediainfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi xalq artisti Aygün Kazımova ilə illərdir danışmadığını deyib. O, bu haqda suallara belə cavab verib:
"2009-cu ildə bir video yayılmışdı. Heç nədən inciyən deyiləm. Aramızda kiçik mübahisə yarandı. Kin saxlamadım. Həmin vaxtdan sonra heç onunla görüşmədik".
Elariz əməkdar artist Mehriban Xanlarovanı bir vaxtlar sevdiyini deyib:
"Bir universitetdə oxuyurduk. Dost idik, həm də ondan xoşum gəlirdi. Gənclik illərində bundan da gözəl idi. Bilirdi ki, ondan xoşum gəlir. Hər yerdə deyir ki, Elariz ölür mənim üçün. İndi ikimiz də ailə qurduq. Bu yaxınlarda bir yerdə açıqladım ki, Mehriban xanımı sevmişəm. O vaxtlar başı çəkilişlərə qarışmışdı. Ətrafında çox adam var idi. Ona görə də sevgimi deyə bilmədim".
M.Xanlarova sənətçinin sevgisindən xəbərdar olduğunu söyləyib:
"Elarizi sevməmişəm. Onun istəyin hiss etmişəm. Bütün qızlar bu hisləri hiss edir. Mənə həmin vaxt bir neçə nəfər aşiq idi. İndi qocalıblar etiraf edirlər. Elariz məni o vaxt cəlb edə bilməyib. Onun xanımına hörmət edirəm".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































