"Forbes" jurnalı dünyanın ən çox gəlir əldə edən top modellərinin siyahısını dərc edib.
Mediainfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Kendal Cenner siyahıya liderlik edir. 22 yaşlı Kendal il ərzində 22 milyon dollar qazanıb.

Braziliyalı model Jizel Bündhen isə siyahıda ikinci yerdədir. Son 15 ildə siyahıya liderlik edən Jizel bu il ikinci yerlə kifayətlənib. 37 yaşlı model il ərzində 17.5 milyon dollar qazanıb.

İl ərzində 13.5 milyon dollar qazanan Krissi Teyqen siyahıda üçüncü pillədə qərarlaşıb. Bu, 31 yaşlı modelin "Forbes" jurnalında debütüdür.

36 yaşlı Adriana Lima dördüncüdür. Braziliyalı model il ərzində 10.5 milyon dollar gəlir əldə edib.

Amerikalı Cici Hadid və britaniyalı model Rouzi Hantinqton-Uaytli siyahının beşinci pilləsinə layiq görülüb.

Hər iki modelin gəliri 9.5 milyon dollardır.

Jurnalın ilk onluğuna Karli Kloss, Lyü Ven, Bella Hadid və Eşli Qrem də daxil edilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































