"Yağ-bal içində böyümüşəm. Zəngin ailədənəm. Ata, buna görə çox sağol (gülür). Mən zəngin oğlana ərə getdim, amma Rusiyada boşandım. Çünki sevgisiz ailə qurmuşdum. Bizim evliliyimiz valideyinlərin rzası ilə qurulmuşdu. Hərdən valideyinlər də səhv edə bilir. Onun 24, mənim isə 17 yaşım vardı. Bizim 7 yaş fərqimiz vardı".
Mediainfo.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
17 yaşında ailə qurduğunu söyləyən sənətçi bildirib ki, sevdiyi şəxsə acıq etdiyi üçün digər oğlanla evlənib.
"Oğlan məni "kaset"də görmüşdü. Sual verdilər ki, bu oğlanla ailə qurarsan, "Hə" cavabı verdim. Çünki, sevdiyim oğlana acıq etdiyimə görə buna "Hə" demişdim. Bizim dövrümüzdə öncə qız gedirdi, bir kilometr arxasınca oğlan gedirdi. Dərhal deyirdilər ki, bunlar sevgilidir. Uşaq sevgisi olub. "Hə" dediyim oğlan isə tələbə yoldaşım idi".
Rozanın sözlərinə görə, atası onun müğənni olmasına qarşı çıxıb.
"Atam mənim müğənni olmağıma qarşı idi. Deyirdi ki, müğənnilik sənəti bizim ailəmizə yaraşmaz. Amma illər sonra o söylədi ki, səhv etmişəm. Gərək sənə dəstək olardım ki, bundan da böyük zirvədə olardın".
R.Zərgərli bildirib ki, o, sənətşunaslıq üzrə müdafiəyə hazırlaşır.
"Zəngin ailədə doğulsam da, 2000-ci illərdə Bakıya gələndə qucağımda körpə uşaqla (qızı Bənövşə - red.) hər şeyi sıfırdan başlamışam. İndi isə elmlər namizədiyəm, sənətşunaslıq üzrə "doktor" müdafiəmə az qalıb. Bunların hamısına özüm nail olmuşam. Roza Zərgərlini brend kimi özüm etmişəm".
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































