"Siyah beyaz aşk" serialındakı Gülsüm obrazı ilə məşhurlaşan Sinem Ünsan "Hürriyet" qəzetinə müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, gənc aktrisa qəzetə danışarkən əslən azərbaycanlı olduğunu bildirib:
"1993-cü ildə doğulmuşam. Əslən azərbaycanlı olan bir atanın, çərkəz olan bir ananın övladıyam. Uşaqlığım İzmirdə keçib. Daha sonra universitet üçün Əskişəhərə getdim və indi İstanbulda yaşayıram".
Sinem aktrisa olma səbəbini də açıqlayıb:
"Uşaqlıqdan bəri ağlımda aktrisa olmaq istəyim var idi. Hətta universitet vaxtı və sonrasında müxtəlif sektorlarda işlədim. Amma o vaxtlar da özümü aktrisa olaraq görmək istəyirdim. İndi peşəmdə yeni addımlayıram. Hər gün yeni bir şey öyrənirəm və istəklərim artır. Əsas planım odur ki, gördüyüm işin haqqını verim".

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































