Sosial şəbəkələrin Səudiyyə Ərəbistanı seqmentində Birləşmiş Ərəb Əmirliyindən olan estrada müğənnisi Balkis Fathinin Məkkədən cəmi 64 km məsafədə yerləşən Ciddə şəhərində noyabrın 29-da keçirilməsi nəzərdə tutulan konsertinin ləğv olunması tələbi ilə kollektiv müraciətlər yayılıb.
Mediainfo.az Moderator.az-a istinadən xəbər verir ki, açıq-saçıq geyimli qadın sənətkarın konsertinin təşkilatçısı rəsmi dövlət qurumu - Səudiyyə Ərəbistanı Krallığı Ümumi Əyləncələr xidmətidir (General Entertainment Authority).
Müsəlmanlarda estrada müğənnisinin Krallığa dəvət olunması faktının özü etiraz doğurub. Hətta konsertə yalnız qadınların buraxılacağı xəbəri də qastrol əleyhdarlarını sakitləşdirməyib. Blogerlər Balkisin Ciddədəki çıxışana qarşı heşteq də yaradıblar. Onlar Səudiyyə hakimiyyətini Allahdan qorxmağa və günah geyim və əməllərin nümayişindən çəkinmyə çağırıblar.
Xəbərdə xatırladılır ki, bir müddət öncə kütləvi etirazlar ucbatından Misir müğənnisi Şirin Abdel-Vahhabın paytaxt Ər-Riyadda keçirilməsi planlaşdırılan konserti də ləğv edilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































