Tacirlə İlahə Fəda arasında qalmaqal böyüyür

Tacirlə İlahə Fəda arasında qalmaqal böyüyür

Tacir Şahmalıoğlu Fədayə Laçının bacısı İlahə Fədanın onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, ifaçı bu məsələdə onun adını hallandırmamağı tələb edib.

"Eşitdim, o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni, Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş söhbətləri ortaya atmasın. Fədayənin hirsini məndən çıxır, deyəsən. Mən neyləməliyəm? Gül kimi arvadım, uşaqlarım var, ailəli adamam. Arvad-uşağı atıb, Fədayənin dalınca düşməliyəm. Fədayənin öz səhvidir, özü günah işləyibsə, günahının da cəzasını özü çəksin, məni ortalığa atmasınlar. Elə hamı Fədayəni məndən soruşur", - deyə o bildirib.

Xatırladaq ki, İlahə Fəda "APA TV"-nin "Show time" verilişinə telefon bağlantısı ilə qoşularaq T. Şahmalıoğlu barəsində "Tacir müəllim ola bilməz. Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Sən elə müəllimlik etmisən ki, Fədayə indi həbsdədir", - sözlərini deyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az